Bakı mundialında rekord təzələnə bilər

Sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək dünya çempionatı, hər şeydən göründüyü kimi, cüdo aləmində geniş əks-səda  doğuracaq. Əzəmətli Milli Gimnastika  Arenasında təşkil olunacaq mundialın başlanmasına hələ dörd aydan  da çox vaxt qalsa da, artıq  milli  federasiyalar öz  təmsilçilərinin çempionatda iştirakı üçün beynəlxalq federasiyaya ilkin sifarişlər göndərməyə başlamışlar.

İlk sifarişlər Venesuela, Serbiya və Zambiyadan alınmışdır.

Azerisport-da çalışan  həmkarlarımız xatırladırlar ki, ötən il Budapeştdə keçirilmiş dünya çempionatında 126 ölkədən 728 idmançı çıxış etmişdir və bu  rekord Bakıda təzələnə bilər. Çünki  paytaxtımızda Tokio Olimpiadası – 2020-yə reytinq xalları da oynanılacaq.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında