Maqnus Karlsen BMT-də

Şahmat üzrə dünya çempionu norveçli Maqnus Karlsen mayın 10-da Nyu-Yorkda BMT-nin mənzil-qərargahında eyni vaxtda oyun seansı keçirmişdir.

TASS-ın NRK-ya istinadla yaydığı xəbərdə bildirilir ki, tədbirdə BMT əməkdaşları iştirak etmişlər. Oyun üçün Rusiya, Çexiya, Bəhreyn, ABŞ, Əfqanıstan, Malayziya, Livan, Fici, Filippin və İsveçdən 15 nəfər seçilmişdir.

Bütün görüşləri udmaq üçün Karlsenə yarım saat vaxt ayrılmışdı. Ancaq ona 17 dəqiqə kifayət edib.

Qrossmeyster demişdir: Oynamaq maraqlı idi. Elə görünür ki, yarım saat bundan ötrü az vaxtdır. Lakin rəqiblərim uduzmağa başlayanda tədricən işim asanlaşırdı.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında