“Formula 1” rəsmisi: “Bizim “Fanatics” şirkəti ilə əməkdaşlığımız azarkeşlərin daha səmərəli alış-veriş etməsinə şərait yaradacaq

“Formula 1” şirkəti bildirib ki,  lisenziyalı idman merçendayzında dünya lideri olan” Fanatics” şirkəti 2018-ci ildən etibarən Qran-pri həftəsonlarında və onlayn şəkildə yarışın eksklüziv merçendayzer tərəfdaşı olacaq. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib. Məlumata görə, bu əməkdaşlığa imza atmaqla  “Formula 1”  istehlak mallarının artımı istiqamətində böyük addım atmaq niyyətindədir. Şirkətin məqsədlərindən biri də Qran-pri zamanı, onlayn, eləcə də telefon vasitəsilə alış-veriş edən yarış azarkeşləri üçün fərqli satış kanalları yaratmaqdır.

“Fanatics” şirkəti merçendayzın həcmini artıraraq, “Formula 1”, həmçinin FIA Formula 1 dünya çempionatında iştirak edən komandaların premimum məhsullarının və hər Qran-pri üçün xarakterik olan əşyaların satışını həyata keçirəcək.

“Formula 1”-in kommersiya şöbəsinin icraçı direktoru Şon Breçes bununla bağlı qeyd edib ki,  bu əməkdaşlıq öz müsbət töhfəsini verəcək. “Bütün Qran-prilərdə apardığımız araşdırmalardan məlum oldu ki, azarkeşlər daha səmərəli alış-veriş etmək istəyirlər. İnanırıq ki, bu əməkdaşlıq Qran-pri zamanı azarkeşlərin növbəsiz şəkildə daha çox çeşidli və keyfiyyətli alış-veriş etmələrinə şərait yaradacaq.  Əməkdaşlığın əsas müsbət nəticəsi isə istər  “Formula 1” brendi altında, istərsə də komandaların təklif etdiyi məhsulların satışında olacaq artımdır.”—deyə  “Formula 1”-in kommersiya şöbəsinin icraçı direktoru vurğulayıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında