“Şahin” hərbi-idman oyunlarının qalibləri bəlli olub

Cəmşid Naxçıvanski adına hərbi liseydə respublika məktəbliləri arasında “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib. Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Yarışdan öncə  ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra mərasim iştirakçıları Azərbaycan Respublikasının dövlət himnini ifa ediblər.

Açılış mərasimində çıxış edən C.Naxçıvanski adına hərbi liseyin zabiti polkovnik Qadir Vəlişov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə müdiri polkovnik Rasim Şirinov, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov və başqaları  “şahin”lərə gərgin mübarizədə uğurlar arzulayıblar.

Sonra məktəblilər C.Naxçıvanski adına hərbi liseyin hərbi orkestrinin ifa etdiyi  marşların sədaları altında  tribuna önündən keçiblər. Komandalar sıra hazırlığı, avtomatın sökülüb-yığılması, patron darağının doldurulub-boşaldılması, tüfəngdən hədəfə atəş açılması, kəndir vasitəsilə təhlükəli zolağın dəf edilməsi, kəndirin köməkliyi ilə hündürlüyə dırmanma və enməkdə öz güc və bacarıqlarını sınayıblar. Bnunla yanaşı, yarış iştirakçıları  çadırın qurulması, minalanmış sahəyə qumbara atılması, yaralının təxliyə edilməsi və digər tapşırıqlarını da uğurla  yerinə yetiriblər.

Yarışların nəticələrinə əsasən “Şahin” hərbi-idman oyunlarının final mərhələsinin qalibi adını Sumqayıt şəhərinin komandası qazanıb. İkinci yerə Yasamal, üçüncü yerə isə Quba rayonunun komandaları yüksəliblər. Sonda  yarış iştirakçıları mükafatlandırılıb.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında