Azərbaycan Avropa çempionatına bürünc medalla başladı

Azərbaycanın taekvondo ustaları Rusiyanın Kazan şəhərində keçirilən kişi və qadınlar arasında Avropa çempionatına bir bürünc medalla başlamışlar.

Yarışın birinci günü dayanq üzərinə çıxan dörd idmançımızdan Patimat Abakarova (49 kq) fərqlənmişdir. Rio-de-Janeyro Olimpiadası –2016-nın bürünc mükafatçısı olan təmsilçimiz bolqarıstanlı və rusiyalı rəqiblərinə qalib gəldikdən sonra yarımfinalda Xorvatiya taekvondoçusuna uduzmuş və çempionatda çıxışlarını bürünc medalla başa vurmuşdur.

Bu çəki dərəcəsində Avropa çempionu adını Kristina Tomiç (Xorvatiya) qazanmışdır. İkinci yeri Natalya Antipenko (Rusiya) tutmuşdur. Daha bir bürünc mükafata isə Fransa təmsilçisi Yasmina Aziz sahib olmuşdur.

Kazanda taekvondoçuların Avropa çempionatında bu gün növbəti çəki dərəcələrində görüşlər keçirilir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında