Baş mükafatı ulu öndərin həmvətəni qazandı

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illiyinə həsr edilən “Naxçıvan–2018” Beynəlxalq Şahmat Festivalı ötən illərdəki kimi yüksək səviyyədə təşkil edilmişdi və Naxçıvan Muxtar Respublikasının, bütün Azərbaycanın idman həyatında mühüm hadisəyə çevrildi.

Mayın birinci ongünlüyündə keçirilib üç turniri (“A”, “B”, “C”) özündə birləşdirən festivalda 15 ölkədən 300-dən artıq şahmatçı, 23 beynəlxalq qrossmeyster, 16 beynəlxalq usta, 14 FİDE ustası, eləcə də ustalığa namizəd iştirak etmişdir. Festivala mayın 10-da, ulu öndərin 95 illik yubileyinin ölkəmizdə təntənəli şəkildə qeyd olunduğu gündə yekun vurulmuşdur.

Ən güclülərin çıxış etdiyi “A” turnirinin baş mükafatını ümummilli liderin həmvətəni qrossmeyster Nicat Məmmədov qazanmışdır. Qalib şahmatçı 9 mümkün xaldan 6,5 xal toplamışdır. İkinci yeri tutan Hollandiya təmsilçisi Sergey Tivyakov da Məmmədovla eyni nəticə göstərmiş, lakin əlavə göstəricilərə görə ondan geri qalmışdır. Üçüncü mükafata isə 6 xalla digər Azərbaycan şahmatçısı qrossmeyster Eltac Səfərli sahib olmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında