“Naxçıvan–2018”-in qalibi bu gün məlum olacaq

Bu gün doqquzuncu turla ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Naxçıvan–2018” Beynəlxalq Şahmat Festivalına yekun vurulacaq.

Festivalın “A” qrupunda səkkizinci turda liderlərin iştirakı ilə keçirilən görüşlərdə Qədir Hüseynov Eltac Səfərli ilə, Yevgeni Pak (Qazaxıstan)– Sergey Tivyakovla (Hollandiya) heç-heçəyə razılaşmışlar, Nicat Məmmədov isə qara fiqurlarla İlya Smirinə (İsrail) qalib gəlmişdir.

Son tur qarşısında hərəyə 6 xal toplamış Məmmədov və Tivyakov liderlik edirlər. Səfərli və Pak onlardan yarım xal geri qalırlar.

Finişdə Məmmədov –Tivyakov və Səfərli– Oleq Korneyev (İspaniya) görüşləri medallar uğrunda  mübarizədə prinsipial əhəmiyyət daşıyır.


“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında