AZƏRTAC-ın komandası media nümayəndələri arasında keçirilən atıcılıq turnirinin qalibi olub

Mayın 5-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mətbuat nümayəndələri arasında beşinci atıcılıq turniri keçirib. AZƏRTAC-ın komandası 143 xal toplayaraq turnirin qalibi olub.

AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində KİV-in rolunun artırılmasıdır.

Xidmətin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçirilən turnirdə hər biri üç nəfərdən ibarət 14 komanda iştirak edib.

Turnirin açılışında çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev yarış iştirakçılarına uğurlar arzulayıb, ulu öndərin mətbuata diqqət və qayğısından danışıb. Bildirib ki, media nümayəndələri arasında artıq ənənəvi olaraq təşkil edilən bu yarışlar, eyni zamanda, jurnalistlərin Xidmətin fəaliyyəti ilə yaxından tanış olmasına və əməkdaşlıq imkanlarının artmasına şərait yaradır. Bu turnir artıq beşinci ildir təşkil olunur. Bu il, eyni zamanda, turnirin yubileyi olduğundan yarış xüsusi əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, müasir müstəqil dövlətçiliyimizin memarı olan ulu öndərin gərgin əməyi nəticəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanılıb, cəmiyyətin bütün sahələri inkişaf etdirilib, ordu quruculuğu prosesinin əsası qoyulub. Ölkəmiz bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial mövqeyi, uzaqgörən strategiyası nəticəsində daha da inkişaf edib, regionun liderinə çevrilib. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz davamlı olaraq ən müasir hərbi texnika və silah-sursatla təmin olunur, ordunun döyüş qabiliyyəti daim yüksək saxlanılır. Biz hamımız Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin gücünü 2016-cı ilin Aprel döyüşləri zamanı gördük. Həmin günlərdə ordumuzun düşmənə ağır cavab zərbəsindən hələ də Ermənistan özünə gələ bilməyib. Bu gün Ermənistanda baş verən proseslər bunu bir daha sübut edir.

Z.Abdullayev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan atıcılıq turnirinin KİV nümayəndələri arasında keçirilməsi təsadüfi deyil. Ulu öndər fəaliyyəti zamanı daim mətbuat nümayəndələrinə xüsusi münasibət göstərib, onların sərbəst işləmələri üçün əlverişli şəraitin yaradılmasını diqqətdə saxlayıb. Belə turnirlər cəmiyyətdə vətənpərvərlik ruhunun gücləndirilməsi işinə də mühüm töhfə verir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yarandığı gündən vətənpərvərlik təbliğatının aparılması, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Xidmətin jurnalistlər arasında təşkil etdiyi “Əsgərə məktublar”, orta məktəb şagirdləri arasında “Sabahın əsgəri”, “Çağırır vətən”, “Müstəqilliyimiz əbədidir” adlı yazı müsabiqələri, “Vətənin müdafiəsinə hazıram”, “Müstəqil Azərbaycan memarı” adlı rəsm müsabiqələri, həmçinin çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma və tərxis olunmuşların qarşılanma mərasimləri cəmiyyətdə böyük maraqla qarşılanır. Görülmüş işlərin işıqlandırılmasında və cəmiyyətə çatdırılmasında mətbuat nümayəndələrinin rolu böyükdür. Məhz belə tədbirləri işıqlandırmaqla mətbuat cəmiyyətdə hərbi vətənpərvərlik təbliğatına mühüm töhfə verir.

Sonra turnirə start verilib. İki mərhələdə keçirilən yarışda AZƏRTAC-ın komandası ən yüksək nəticə göstərərək 143 xalla birinci yeri tutub. “Səs” informasiya agentliyinin təmsilçiləri 129 xalla ikinci, “APA TV”nin xəbər agentliyinin komandası isə 119 xalla üçüncü olublar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev qalibləri təbrik edib.

Turnirin qalibi olan AZƏRTAC-ın komandasına kubok, medal və diplom təqdim olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında