Afərin, Mariya!

Olimpiya oyunlarının üçqat mükafatçısı, dünya çempionu, birinci Avropa Oyunlarının çempionu, Azərbaycanın qadınlardan ibarət milli güləş komandasının lideri Mariya Stadnik daha bir qəhrəmanlıq nümunəsi göstərərək Avropa çempionatlarında səkkizinci dəfə fəxri kürsünün zirvəsinə yüksəlmişdir.

Rusiya Federasiyasının Kaspiysk şəhərində keçirilən çempionatda Stadnik bütün rəqibləri, o cümlədən finalda rumıniyalı Emilia Vuk üzərində tam üstünlüklə, vaxtından əvvəl qələbə qazanmışdır. Avropa çempionatlarında səkkizinci qızıl medal Azərbaycan güləşçisinin parlaq idman həyatında növbəti böyük uğurdur.

Afərin, Mariya!

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında