Kaspiyskdən beş medalla

Azərbaycanın yunan-Roma üsulu ilə güləşənləri Rusiya Federasiyasının Kaspiysk şəhərində  keçirilmiş Avropa çempionatında 5 medal –  1 qızıl, 2 gümüş və 2 bürünc mükafat qazanmışlar.

Güləşçilərimizdən ən böyük müvəffəqiyyətə 55 kq çəki  dərəcəsində çıxış  edən  Eldəniz Əzizli nail  olmuşdur. Bütün rəqiblərinə qalib gələn Əzizli Avropa çempionu adını qazanmışdır.

Murad Məmmədov (60 kq) və Rəsul Çunayev də (72 kq) finalda güləşmişlər. Lakin  onlar Rusiya  nümayəndələrinə uduzaraq Avropa çempionatında  çıxışlarını gümüş  medalla  başa vurmuşlar.

Bürünc mükafatlara  Elvin  Mürsəliyev (77 kq) və Rafiq Hüseynov (82 kq) sahib olmuşlar.

Avropa  çempionatında medallar  uğrunda 31 ölkə  güləşçiləri  mübarizə  aparmışlar. Azərbaycan millisi komanda hesabında 113 xalla üçüncü olmuşdur. İlk iki yeri isə  Rusiya (169  xal)  və  Gürcüstan (127) kollektivləri  tutmuşlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında