Məktəblilər dünya şahmat çempionatından medallarla qayıdıblar

Albaniyanın Durres şəhərində şahmat üzrə məktəblilərin dünya çempionatı keçirilib. 40 ölkədən 387 şahmatçının mübarizə apardığı çempionatda 6 yaş qrupu üzrə 12 nəfər şahmatçı ilə təmsil olunan “Təhsil” Respublika İdman Mərkəzinin komandası uğurlu nəticə əldə edib. Komanda üzvlərindən  Murad İbrahimli qızıl, Aytac Heydərova, Yusif Kərimli gümüş, İsmayıl Süleymanlı bürünc medal qazanıb.

Qeyd edək ki, dünya çempionatında iştirak edən komandanın formalaşması üçün “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən müvafiq yaş qrupları üzrə respublika çempionatının zona və final mərhələləri keçirilib və hər yaş qrupu üzrə birinci yeri tutan şahmatçılar komandanın tərkibinə daxil edilib. Çempionatdan əvvəl mərkəzin yığma komandasının üzvlərinin dünya çempionatına hazırlığı ilə əlaqədar “Zuğulba” Tədris İdman Bazasında təlim-məşq toplanışı keçirilib, onların yüksək nəticələr əldə etməsinə həvəsləndirilməsi üçün beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov və Rauf Məmmədov tərəfindən ustad dərsləri təşkil edilib.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

     


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında