Başlanğıc üçün “qızıl” və “bürünc”

Yunan-Roma güləşi ustalarımız Rusiya Federasiyasının Kaspiysk  şəhərində  keçirilən Avropa çempionatında Azərbaycanın  idman  ictimaiyyətinin ümidlərini  doğruldurlar. Mayın 1-də  güləşçilərimiz iki  medal  qazanmışlar.

Eldəniz Əzizli  bütün  rəqiblərinə,  o  cümlədən  finalda  estoniyalı Xelari Maeqisala qalib gələrək 55 kq çəki  dərəcəsində Avropa  çempionu adını qazanmışdır.

Qalib  güləşçimizin  qızıl  medalına  sevindiyimiz  gün onun komanda  yoldaşı Elvin Mürsəliyev də (77 kq) fəxri  kürsüyə  yüksəlmişdir. O, üçüncü  yer  uğrunda  görüşdə  gürcüstanlı  Tornike Zamaşvilini 6:2  hesabı  ilə  məğlubiyyətə  uğratmış və  bürünc  mükafatçı  olmuşdur.

Bu axşam Azərbaycanın  daha  üç  idmançısı  medallar uğrunda  mübarizə aparacaq. Murad Məmmədov (60  kq) və Rəsul Çunayev (72  kq) finalda  güləşərək çempion  olmağa çalışacaqlar,  Rafiq  Hüseynov (82 kq) isə bürünc  medala  sahib  ola bilər.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında