“Naxçıvan Open–2018”: İlk nəticələr

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Naxçıvan Open–2018” Beynəlxalq Şahmat Festivalının “A” turnirinin birinci turunda 21 iştirakçı qələbələrinin hesabını açmışdır.

Start görüşlərinin qaliblərindən azərbaycanlı qrossmeysterlər Eltac Səfərli, Qədir Hüseynov, Nicat Məmmədov, belaruslu Aleksey Aleksandrov, İsrail təmsilçisi İlya Smirin, ukraynalı Vitali Bernadski, hollandiyalı Sergey Tivyakov, Almaniyadan İqor Xenkin, İspaniya təmsilçisi Oleq Korneyev və başqalarını qeyd etmək olar.

Azərbaycanın gənc şahmatçısı Nail Bəşirlinin turnirin ən yüksək reytinqli iştirakçısı ukraynalı Anton Korobovla heç-heçə oynaması da maraqlı nəticədir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında