Qəbələdə stend atıcılığı üzrə Beynəlxalq Qran-Pri yarışları keçiriləcək

Qəbələ Rayon Icra Hakimiyyətindən verilən xəbərə görə, “Qəbələ” Atıcılıq Klubu növbəti dəfə möhtəşəm idman yarışlarından birinə ev sahibliyi edəcək. May ayının 7-dən 13-dək Qəbələ rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş stend atıcılığı üzrə Beynəlxalq Qran-Pri yarışları keçiriləcək. “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Azərbaycan Atıcılıq Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək yarışlarda 8 ölkədən 100–ə yaxın idmançı, eləcə də rəsmi qonaqlar iştirak edəcəklər. “Qəbələ” Atıcılıq Klubunun idman bazası olan stend və ox atıcılığı kompleksində təşkil ediləcək beynəlxalq yarışın iştirakçıları arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, Olimpiya oyunlarının qalibləri olacaq. Mötəbər yarışda idmançılar 6 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışın rəsmi açılış mərasimi mayın 8-də keçiriləcək.

İ.Əmənullayev

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında