“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalında ilk gedişlər edilib

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovun və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərovun şahmat lövhəsi üzərindəki rəmzi gedişləri ilə “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalına start verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzinin ev sahibliyi etdiyi yarış mayın 1-dən 10-dək davam edəcək.

Yarışlar 3 qrup – A turniri (beynəlxalq əmsalı 2250-dən yuxarı olan şahmatçılar), B turniri (əmsalı 2249-dən aşağı olan şahmatçılar) və C turniri (12 yaşadək uşaqların yarışı) üzrə keçirilir. Festivalda Azərbaycanla yanaşı, 15 ölkədən – Ukrayna, Belçika, Belarus, İsrail, Niderland, Almaniya, İspaniya, Türkiyə, Rusiya, Gürcüstan, Portuqaliya, Qazaxıstan, Yunanıstan, İran, Bolqarıstanı təmsil edən 315 şahmatçı mübarizə aparır. Turnirin ümumi mükafat fondu 25 min ABŞ dollarıdır.

Festivalda Azərbaycanı təmsil edən ən yüksək reytinqli şahmatçılar Eltac Səfərli (2657), Qədir Hüseynov (2654), Nicat Məmmədov (2602) və Fərid Abbasovdur (2531). Ən yüksək reytinqli əcnəbi şahmatçılar arasında Ukrayna, Bolqarıstan, İsrail, Niderland, Almaniya, İspaniya və başqa ölkələrin təmsilçiləri var.

Yerli şahmatçılar arasında Naxçıvan, Bakı, Sumqayıt, Gəncə, Qax, Şəki idmançıları üstünlük təşkil edir.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında