Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq şahmat festivalı

Dünən Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş beynəlxalq şahmat festivalına start verilmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Şahmat Federasiyası və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Naxcıvan Open–2018” festivalı üç turnirdən ibarətdir (“A”, “B”, “C”).

 Ən güclülərin yarışdığı “A” qrupunda 56 nəfər, o cümlədən 26 qrossmesyter mübarizə aparır. Onlar Azərbaycanla yanaşı Türkiyə, Rusiya, İran İslam Respublikası, Ukrayna, Belarus, Almaniya, İspaniya və digər ölkələrin təmsilçiləridir.

Reytinqə görə turnir iştirakçılarının siyahısına ukraynalı qrossmeyster Anton Korobov (2683) başçılıq edir. Siyahıda ikinci-üçüncü yerlərdə isə Azərbaycan milli komandasının üzvləri Qədir Hüseynov (2654) və Eltac Səfərlidir (2653).

Doqquz turdan ibarət turnirdə ilk görüşlər bu gün keçiriləcək. Sonuncu, doqquzuncu turun görüşləri isə mayın 10-da oynanılacaq.

Naxçıvan Şahmat Mərkəzində təşkil edilmiş beynəlxalq festivalın “B” və “C” turnirləri iştirakçılarının da tərkibi çox genişdir. Başlıcası isə, festival Azərbaycanda uşaq və yeniyetmələr arasında qədim və müdrik oyuna marağı daha da artıracaq, onun kütləviliyinin gücləndirilməsinə yeni təkan verəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında