“Formula – 1” Azərbaycan Qran-prisinin trekində veloyürüş keçirilib

Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə keçirilən “Formula – 1” Azərbaycan Qran-prisinin əsas mərhələsi başlamamışdan əvvəl yarışların baş tutduğu Bakı trekində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun təşkilatçılığı, “Formula – 1” şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə veloyürüş təşkil olunub.

DTX-nin ictimai əlaqələr şöbəsindən bildiriblər ki, “Formula – 1” yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı trekində keçirilmiş veloyürüşdə DTX-nin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli və Qazaxıstanın velosiped idmanı üzrə Olimpiya çempionu Aleksandr Vinokurov, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun üzvləri iştirak ediblər.

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında