Azərbaycan Qran-prisi “Formula-1” mövsümünün ən maraqlı yarışlarından biri kimi tarixə düşəcək

“Bu günlər beynəlxalq idman ictimaiyyətinin diqqəti yenidən Azərbaycana yönəlib. Ən məşhur avtomobil yarışları, “Formula-1”in növbəti mərhələsinin əsrarəngiz Bakı trasında möhtəşəm şəkildə təşkili ilə dünya idmanı tarixinə daha bir töhfəmizi verməkdəyik. 500 milyon tamaşaçı auditoriyası olan möhtəşəm avtomobil yarışları artıq üçüncü dəfədir ki, ölkəmizdə keçirilir.

Dünyada mövcud olan şəhər trasları arasında Bakı treki uzunluğuna və sürətliliyinə görə birinci yeri tutur. Tras paytaxtın tam mərkəzindən və tarixi məkanlarından keçdiyi üçün xüsusilə maraqlı təsir bağışlayır. Yarışları izləyən çoxmilyonlu auditoriya UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər tarixi-memarlıq qoruğu, müasir göydələnlərimiz, Xəzərin sahil boyu hissəsini özündə birləşdirən Bakının ecazkar siması ilə tanış olmaq imkanı əldə edir”.

Bu sözləri qəzetimizə Güləş Federasiyasının I vitse-prezidenti, sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın baş məşqçisi Firdovsi Umudov dedi. Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini söyləyən mütəxəssis “Formula-1” kimi ən populyar idman yarışına ev sahibliyimizin təqdirəlayiq hal olduğunu vurğuladı: “Kral avtoyürüşləri” adı ilə məşhur olan və ölkəmiz üçün o qədər də ənənəvi olmayan “Formula-1”in paytaxtımıza ilk gəlişi çoxları üçün gözlənilməz olsa da, bu mötəbər yarışın ölkəmizdə yüksək səviyyədə təşkil olunacağına heç bir şübhə yox idi. Bundan əvvəl - 2012-ci ildə “Eurovision”, 2015-ci ildə ilk Avropa Oyunları kimi nüfuzlu tədbirlərə paytaxtımız yüksək səviyyədə ev sahibliyi etmişdi. Avropa Qran-prisi adı altında ilk dəfə “Formula-1” yarışlarının 2016-cı ildə Bakı trekində uğurla təşkili ölkəmizin belə mötəbər yarışların təşkilində nə qədər zəngin təcrübəyə malik olduğunu bir daha sübut etdi. Həmin yarışlardan bir neçə həftə sonra Bakıda dünyanın ən kütləvi yarışlarından olan Ümumdünya Şahmat Olimpiadası keçirildi. Ondan bir il əvvəl isə ilk Avropa Oyunları Bakıda yüksək səviyyədə baş tutmuşdu. Qeyd edim ki, ilk dəfə bu oyunların təşkili ilə Azərbaycan Avropa Oyunlarının Vətəni kimi tarixə düşdü. Ötən il paytaxtımız “Formula-1”lə yanaşı, 57 dövlətdən 6 min idmançının 21 növdə mübarizə apardığı İslam Həmrəyliyi Oyunlarını da təşkil etdi. Həm ilk Avropa Oyunlarında, həm də İslam Həmrəyliyi Oyunlarında idmançılarımız parlaq nailiyyətlər əldə etdilər. Avropa Oyunlarında ikinci yerdə qərarlaşan komandamız, Bakı İslamiadasında birinci yeri tutdu. Şübhəsiz, bütün bu göstəricilər üçün əsaslı zəmin var.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ən yüksək inkişaf mərhələsinə çatıb. Son 15 il ərzində digər sahələr kimi, idmanda da tarixi qələbələr əldə edilib. Müasir, müstəqil Azərbaycan bu gün dünyanın ən güclü, qüdrətli dövlətlərindən birinə çevrilib. Son olimpiadada 19 medal qazanmağımız ölkəmizin idman potensialının nə qədər yüksək olduğunu bir daha sübut etdi. Bu il də ölkəmizdə müxtəlif növlər üzrə dünya, Avropa çempionatları, beynəlxalq turnirlər keçirilib və bundan sonra təşkili nəzərdə tutulub.

Dünyanın müxtəlif ölkələrindən “Formula-1” Azərbaycan Qran-prisini canlı izləmək üçün şəhərimizə gələn tamaşaçıların sayı ötən dəfəkinə nisbətən xeyli çoxalıb. Yarışların keçirildiyi bir neçə gün ərzində şəhərimizə gələn qonaqlar Azərbaycanla daha yaxından tanış olmaq imkanı əldə edirlər. Qürurverici haldır ki, son illər ölkəmizdə bütün sahələrdə gedən hərtərəfli inkişaf, nəhəng infrastrukturun yaradılması buraya qədəm basan hər kəsin zövqünü oxşayır. Ölkəmizdə sabitlik, təhlükəsizliyin hökm sürməsi, xalqımızın zəngin mədəniyyəti, adət-ənənəsi, digər xalqlara və millətlərə qarşı tolerant yanaşması, böyük turizm potensialı Azərbaycanı dünyanın ən maraqlı ölkələrindən birinə çevirib. Əminik ki, Bakı Qran-prisi “Formula-1” mövsümünün ən maraqlı yarışlarından biri kimi tarixə düşəcək”.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında