Azərbaycan Qran-prisində uşaqlar ilk dəfə paradda….

“Formula-1" üzrə Azərbaycan Qran-prisində ilk dəfə paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət edəcəklər. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH)  məlumat verilib.   "Qrid uşaqları"nın çıxışı "Formula-1" şirkəti və Beynəlxalq Avtomobil Federasiyasının "Gələcəyin ulduzları" adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən baş tutacaq.

Məqsəd yarışdan əvvəl keçirilən açılış mərasimini F1 azarkeşləri, xüsusən də gənclər üçün daha maraqlı etməklə yanaşı, uşaqlar və yeniyetmələr arasında avtomobil idmanını təbliğ etməkdir.

Bu təşəbbüsü ölkəmizdə Azərbaycan Avtomobil Federasiyası (AAF) ilə F1 Qran-prisinin promouteri olan BŞH birgə həyata keçirir. AAF və BŞH azyaşlıları bu unikal fürsətlə təmin etməklə, onlara yarışın müstəsna və ən həyəcanlı məqamının bir hissəsi olmaq imkanı yaradır.

Qeyd edək ki, "Gələcəyin ulduzları" Azərbaycan Avtomobil Federasiyası tərəfindən idman yarışlarında və təhsildə fərqlənən, həmçinin xüsusi istedada malik 7-10 yaşlılar arasından seçilib. İyirmi uşağın (10 qız və 10 oğlan) hər biri mərasim zamanı bir pilotun yanında dayanacaq.

Azərbaycan Qran-prisində iştirak edəcək "Gələcəyin ulduzları" üçün yarış həftəsonuna dair təlimlər keçirilib və görüş zamanı uşaqlara müvafiq tapşırıqlar verilib.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında