İndoneziyanın “bolasport.com” saytının əməkdaşı: “O olmasaydı, belə yüksək səviyyədə yarış keçirmək olmazdı”

Azərbaycanda  “Formula-1” yarışları yenidir. Bununla belə, F 1 fanatları üçün  ildən ilə  bu yarış daha da maraqlı olur. Bu barədə İndoneziyanın bolasport.com saytının əməkdaşı Arif Kurniavan 2018  “Formula 1” Azərbaycan Qran-prisi haqda danışarkən “Xalq qəzeti”nə deyib. Onun sözlərinə görə, yaxşı təşkil edilmiş yarış sürət həvəskarları üçün həm də boş zamanlarda Bakı ilə tanış olmaq, əylənmək imkanları da verir. O, bu idman yarışlarına Bakının ev sahibliyi etməsini yüksək qiymətləndirib: “Azərbaycan Prezidenti İlham Əliyev  açıq fikirli şəxsdir. Belə olmasaydı, bu cür böyük idman yarışını belə yüksək səviyyədə keçirmək olmazdı. Azərbaycan həm də bu cür yarışlara ev sahiblyii etməklə,  gələcəyini düşünür.  2018 “Formula-1” Azərbaycan Qran-prisi yarışı kimi idman yarışları turistlərə ölkəni tanıdır. İnsanlar həm də ölkənin mədəniyyəti, adətləri, Bakı haqda məlumat alırlar.  Bir sözlə, Azərbaycan şanslıdır ki, onun Bakıda yüksək səviyyədə beynəlxalq idman yarışlarının keçirilməsinə önəm verən   güclü və açıq fikirli prezidenti var.”—deyə o, əlavə edib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında