Güləşçilər çətin sınaq qarşısında

Aprelin 30-dan mayın 6-dək Rusiya Federasiyasının Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatında Azərbaycan güləşin hər üç növündə geniş heyətlə təmsil olunacaq.

Bir həftə davam edəcək çempionatda medallar uğrunda mübarizəyə birinci olaraq yunan-Roma üsulu ilə güləşənlər başlayacaqlar. Onların turnirinə aprelın 30-da start veriləcək.

Sonra xalça üzərinə qadın güləşçilər dəvət olunacaqlar (2-4 may). Avropa çempionatına mayın 4-6-da sərbəst üsulla güləşənlərin turniri ilə yekun vurulacaq.

Azərbaycan güləşçiləri çətin sınaqlara səylə hazırlaşmışlar və ümid etmək olar ki, çempionatdan maksimum fayda götürməyə çalışacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında