Bu gün qalib məlum olacaq

Şəmkirdə Vüqar  Həşimovun xatirəsinə  həsr  edilən 5-ci beynəlxalq şahmat  turnirində bu  gün sonuncu  turun  görüşləri  keçiriləcək və  yarışın  bağlanış  mərasimində  qaliblər mükafatlandırılacaq.

Səkkizinci  tur  məhsuldar  olmuş, beş oyundan  dördündə qələbə  qeydə  alınmışdır: Şəhriyar Məmmədyarov  çexiyalı  David  Navaraya, Maqnus  Karlsen (Norveç)  Aniş  Giriyə (Hollandiya),  polyak  Raymond Voytaşek bolqarıstanlı  Veselin Topalova, Din Lijen (Çin)  Rauf Məmmədova  qalib gəlmişlər. Təkcə Teymur Rəcəbov – Sergey  Karyakin (Rusiya) görüşündə  rəqiblər  heç-heçəyə  razılaşmışlar.

Son tur  qarşısında lider Karlsenin 5,5, Lijenin 5, Məmmədyarov,  Rəcəbov,  Voytaşek,  Giri, Karyakin və Topalovun 4, Məmmədovun 3,5, Navaranın 2  xalı var.

Bu  gün  turnirə  Navara –  Rəcəbov, Məmmədov – Məmmədyarov,  Karlsen –  Lijen, Voytaşek – Giri və Karyakin – Topalov  görüşləri ilə  yekun  vurulacaq.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında