“Biz dövlətimizin gücünə inanırıq”

Ermənistanda baş verən hadisələri artıq bütün dünya izləməyə başlayıb. 10 illik prezidentliyi dövründə ölkəni rəzil duruma salan, bütün sahələrdə sürətli geriləmələrə sürükləyən, əhalini xaricdən alınan ianələrin ümidinə qoyan səriştəsiz, diplomatiyadan xəbəri olmayan Serj Sarkisyanın baş nazir postunu ələ keçirməyə çalışması insanların səbir kasasını daşırdı.

Son illər Ermənistanda ictimai-siyasi, sosial vəziyyətin kəskin şəkildə ağırlaşması, illərcə baş verən böhranı daha da dərinləşdirdi və idarəetməni onsuz da itirən, ölkəni faktiki olaraq başqalarının əli ilə idarə edən S. Sarkisyanı istefa vermək məcburiyyəti qarşısında qoydu. 2016-cı ildə Azərbaycan Ordusunun Aprel qələbəsi bu ölkənin çox rəzil duruma gətirildiyini, faktiki olaraq ordunun yoxluğunu qabarıq göstərdi. Üzərində soyqırımı və işğalçı damğası olan ölkənin əhalisi Sarkisyanın aciz şəkildə beynəlxalq təşkilatlara yalvararaq fəryad etdiyini, Azərbaycanı dayandırmaları üçün aman dilədiyini gördükdə sarsıldı. Onlar başa düşdülər ki, Ermənistan aciz durumdadır, bütün dünyadan təcrid vəziyyətinə gətirilib və onu heç kim dəstəkləmir. Azərbaycan torpaqlarının işğal edilməsinə, xalqımıza qarşı soyqırımları törədilməsinə, 1 milyona qədər qaçqın-köçkün probleminin yaşadılmasına baxmayaraq ölkəmizin qısa zaman kəsiyində bütün çətinliklərə mərdliklə sinə gərərək dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasında qərarlaşması düşmən ölkəni vahiməyə salıb. Onlar dərin böhran içərisində çapalayan Ermənistandan fərqli olaraq, müqayisəedilməz dərəcədə güclənmiş, dünyada böyük nüfuz və söz sahibinə çevrilmiş Azərbaycan torpaqlarını artıq işğal altında saxlamağın nəinki mümkün olmadığını, hətta müstəqilliklərini itirmək təhlükəsi ilə üz-üzə qaldıqlarını çox gözəl anlayırlar.

Əslində, Sarkisyanın Qarabağ kartından istifadə edərək zorla hakimiyyətdə qalması uzun sürməyəcəkdi. Onun quldur dəstəsinin 1990-cı illərin ən dəhşətli - Xocalı soyqırımının birbaşa iştirakçısı olması dünyaya sirr deyil. Cani insanlığa sığmayan bu qanlı cinayətdə iştirakını bir neçə dəfə özü də etiraf edib. Əli yüzlərlə azərbaycanlının qanına batmış bu cinayətkarın xunta hakimiyyəti 2008-ci ildə prezident seçkiləri ərəfəsində etirazçıları qəddarcasına qətlə yetirdi. Ermənilər cinayətkar dövlət başçısının istədiyi zaman yeni qətliamlar törədəcəyinə əmin olduqları üçün onu hakimiyyətdən qovdular. 

Ermənistan kimi zəif bir ölkənin hərtərəfli inkişaf etmiş, müasir və güclü Azərbaycanın torpaqlarını işğal altında saxlamağa davam etməsi getdikcə mümkünsüzləşir. Biz dövlətimizin gücünə inanırıq, əminik ki, nəhayət, ədalət qalib gələcək. Bu gün Azərbaycan Ordusu dünyanın ən müasir və güclü orduları sırasındadır. Azərbaycan xalqı öz güclü liderinin ətrafında yumruq kimi birləşib. Prezident İlham Əliyev aprelin 18-də keçirilən təntənəli andiçmə mərasimindəki nitqində bir daha Qarabağ probleminin həlli ilə bağlı öz qətiyyətli mövqeyini bəyan etdi, Azərbaycan Ordusunun bu gün çox güclü olduğunu və ölkəmizin ayrılmaz parçası olan Qarabağı azad etmək iqtidarında olduğunu bildirdi. Ali Baş Komandan, cənab İlham Əliyevin əmrini gözləyirik. Vətənin hər qarış torpağı uğrunda ölməyə hazırıq!

Rafael Ağayev,
beşqat dünya çempionu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında