“Belə yarışlar Azərbaycanın dünyada mövqelərini daha da möhkəmləndirir”

Dünən paytaxtımızda “Formula – 1” Azərbaycan Qran-prisinin startı ərəfəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovdan sürət ustalarının beynəlxalq yarışlar təqvimində özünə layiqli yer etmiş bu yürüşlər, onların əhəmiyyəti haqqında danışmağı xahiş etdikdə o, belə tədbirlərin Azərbaycanın dünyada mövqelərini daha da möhkəmləndirdiyini xüsusi vurğuladı:

– Artıq üçüncü ildir ki, Azərbaycan paytaxtında təşkil olunan “Formula – 1” Qran-prisi çox mühüm beynəlxalq idman hadisəsidir və ölkəmizi dünyaya daha yaxından tanıdır. Yarış günlərində təkcə iştirakçılar və mütəxəssislər deyil, eləcə də minlərlə turist respublikamızla tanışlıqdan böyük zövq alır, Azərbaycan həqiqətləri haqqında yaxşı təsəvvür əldə edir. Onlar qüdrətli ölkəmiz ilə yaxından tanış olur, gündən-günə daha müasir görkəm alan gözəl Bakımızı öz gözləri ilə görür və məmnun qalırlar.

“Formula – 1” Qran-prisi kimi böyük yarışların Bakıda təşkili bir daha təsdiq edir ki, Azərbaycanda idman dövlətin, şəxsən Prezident İlham Əliyevin gündəlik qayğısı  ilə əhatə olunmuşdur, onun inkişafı daim diqqət mərkəzindədir. Belə startlar ölkəmizin, onun idman təşkilatlarının beynəlxalq dairələrdə nüfuzunu daha da artırır.

Təsadüfi deyil ki, ötən illərdə Bakıda “Formula – 1” yürüşlərinin başlanmasına hələ xeyli qalmış dünyanın müxtəlif ölkələrində onlara böyük maraq göstərilməsi, beynəlxalq mətbuatın yarışlara hazırlığı diqqət mərkəzində saxlaması, bu işin böyük müvəffəqiyyətlə həyata keçirildiyini yüksək qiymətləndirməsi barədə xəbərlər alırdıq.

Artıq “Formula – 1” ailəsində layiqli yeri olan Azərbaycan yenidən bu startları qəbul edir. Əvvəlki iki yürüşün iştirakçıları və qonaqları Bakıda keçirdikləri günləri, burada onlar üçün yaradılan şəraiti, aldıqları xoş təəssüratı həmişə böyük razılıq hissi ilə xatırlayır, yarış günlərində əla mühitin hökm sürdüyünü qeyd edir, növbəti startları səbirsizliklə gözləyəcəklərini bildirirdilər.

Əminəm ki, yenə də belə olacaq, Bakıda üçüncü “Formula – 1” Azərbaycan Qran-prisi də yüksək səviyyədə təşkili və əsl idman bayramı ab-havası ilə bizə unudulmaz anlar yaşadacaq, mötəbər yarışları ən yüksək səviyyədə təşkil etmək sahəsində yaxşı təcrübəsi olan Azərbaycan paytaxtı öz tarixinə daha bir unudulmaz səhifə yazacaq.

Söhbəti qələmə aldı:
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında