Halqalarla çıxış edən qrup komandamız gimnastika üzrə Dünya Kubokunun finalına yüksəlib

Aprelin 27-də Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışı start götürüb. AZƏRTAC xəbər verir ki, gimnastlar əvvəlcə fərdi proqramda çoxnövçülük - halqa və top üzrə təsnifat yarışlarında mübarizəyə başlayıblar.

Azərbaycanı fərdi yarışlarda “A” qrupunda Zöhrə Ağamirova və Veronika Hudis təmsil ediblər. Gimnastlarımız iki hərəkətin yekununda 30,500 və 30,600 xal toplayıblar. “A” və “B” qruplarında gimnastların çıxışlarının yekununda rusiyalı Maria Sergeyeva 36,450 xalla bütün rəqiblərini qabaqlayıb.

Qrup hərəkətləri proqramında çoxnövçülük yarışında beş halqa ilə hərəkətlərdə ­komandamız meydana beşinci çıxıb. Hərəkətlərin sonunda 17,150 xal toplayan gimnastlarımız altıncı pillədə qərarlaşıblar. Bu nəticə millimizə final mərhələsində iştirak hüququ qazandırıb.

Qrup yarışlarında ən yüksək xalı 22,100 xalla İtaliya təmsilçiləri ­toplayıblar.

Rusiyanın qrup komandası isə yarışda iştirakdan imtina edib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında