“Formula – 1” Azərbaycan Qran-prisinin birinci günündə pilotlar arasında gərgin idman mübarizəsi yaşanıb

Aprelin 27-də Bakıda “Formula – 1 üzrə dünya çempionatının dördüncü mərhələsinə – Azərbaycan Qran-prisinə start verilib.

AZƏRTAC xəbər verir ki, yarışın birinci günündə pilotlar 6 kilometrlik Bakı şəhər halqasında iki sərbəst yürüşdə güclərini sınayıblar.

Birinci sərbəst yürüşdə “Mercedes” komandasının pilotu Valtteri Bottas qalib gəlib. O, 1 dəqiqə 44,242 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. “Red Bull Racing” komandasının sürücüsü Daniel Rikkardo ikinci olub. Serxio Peres (“Force İndia”) isə yarışı üçüncü pillədə başa vurub.

“Red Bull Racing”in pilotu Daniel Rikkardo ikinci sərbəst yürüşdə fərqlənməyi bacarıb. Pilot 1 dəqiqə 42,795 saniyəlik nəticə ilə birinci olub. “Ferrari”nin pilotu Kimi Raykonnen ikinci, “Red Bull Racing”in digər sürücüsü Maks Ferstappen üçüncü olublar.

Aprelin 28-də ­“Formula – 1”­ Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş və sıralama turu, bir gün sonra isə əsas yarış keçiriləcək.

Dünyanın məşhur pilotlarının mübarizə apardığı Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görə bilirlər. Layihənin müəllifi bütün müasir “Formula – 1” treklərinin memarı olan Herman Tilkedir. Trekin ən geniş hissəsinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında