Çempion liderlə yerini dəyişdi

Unudulmaz qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilmiş “Şəmkir – 2018” beynəlxalq şahmat turnirinin yeddinci turunda Maqnus Karlsenlə Veselin Topalovun görüşündə norveçli dünya çempionu buna qədər vahid lider olmuş bolqarıstanlı keçmiş dünya çempionuna qalib gələrək turnir cədvəlinin zirvəsində onunla yerini dəyişmişdir.

Azrbaycanlı qrossmeysterlər bu turda da qələbələrinin hesabını aça bilməmişlər. Şəhriyar Məmmədyarov Teymur Rəcəbovla heç-heçə oynamış, Rauf Məmmədov isə Aniş Giri (Hollandiya) ilə oyundan yarım xalla ayrılmışdır.

Turun digər iki görüşündə polyak Radoslav Voytaşek rusiyalı Sergey Karyakinlə xalı yarı bölmüş, David Navara (Çexiya) Din Lijenə (Çin) uduzmuşdur.

Yeddi turdan sonra vahid lider Karlsen
4,5 xal toplamış, onun ən yaxın üç izləyicisi Topalov, Giri və Lijenin 4 xalı var. Rəcəbov və Məmmədov 3,5 xalla beş-altıncı pillələrdədirlər, Məmmədyarovun 3 xalı var.

Dünən turnirdə sonuncudan əvvəlki, səkkizinci turun görüşləri keçirilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında