Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik yarışları keçirilir

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və “Qaraheybət” təlim mərkəzinin bazasında hərbi qulluqçular arasında hərbi beşnövçülük üzrə birincilik yarışları keçirilir.

Müdafiə Nazirliyindən aldığımız məlumatda bildirilir ki, yarışların açılış mərasimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ümummilli liderimiz Heydər Əliyevin, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Müdafiə Nazirliyinin zabiti polkovnik Sadiq Paşayev açılışda çıxış edərək, orduda şəxsi heyətin fiziki hazırlığının daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Qoşun növlərini və birləşmələri təmsil edən 14 komanda fərdi və komanda birinciliyi uğrunda mübarizə aparır. 80-dək hərbi qulluqçu maneələr zolağının dəf edilməsi, atış, qumbaraatma, 8 km məsafəyə kross və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayırlar.

                                                       Samirə Əliyeva,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında