“Red Bull” komandasının pilotu Daniel Rikkardo: Yenidən Bakıya gəlmək gözəl hisslərdir

Keçən il Bakıda keçirilmiş Qran-pri ilə bağlı yaxşı xatirələr var. Bu barədə keçirilmiş  mətbuat konfransında “Red Bull” komandasının pilotu Daniel Rikkardo azərbaycanlı jurnalistin “Bakı keçən il qalib gəldiyiniz yeganə yarış oldu. Yenə buradasız, özünüzü necə hiss edirsiz ? Bu, sizə yarışdan öncə  daha çox güvən  verirmi?” sualına cavab verərkən bildirib.

Keçən il Bakıda keçirilmiş Azərbaycan Qran-prisinin qalibi pilot Daniel Rikkardo bildirib: “Əhsən, Bakı. Bunu  gözləyirdim. Açığı, keçən il Bakıda keçirilmiş Qran-pri ilə bağlı yaxşı xatirələrim var. Düşünürəm ki, uğur qazandığın trekə yenidən gələndə bu sənin özünə güvənini dəyişmir. Düşünürəm ki, hər yarışa gedəndə hazırlıqlı olursan ki, bu da sənə güvən verir. Beləliklə, mən buraya keçən həftəkindən daha yaxşı olacağım fikri ilə gəlməmişəm. Ancaq yenidən Bakıya gəlmək, yaxşı xatirələrin olması--bu gözəl hisslərdir. Ancaq trekə və həftəsonu yola olan baxışım dəyişmir.”

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

Fotolar müəllifindir

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında