“Formula-1” Azərbaycan Qran-prisi öncəsi pit-yolu gəzintisi təşkil olunub

Aprelin 26-da “Formula-1” Azərbaycan Qran-prisi öncəsi dördgünlük bilet sahibləri üçün pit-yolu gəzintisi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, avtoidman yarışlarının həvəskarları, paytaxt sakinləri və şəhərimizin qonaqları pit-yoluna daxil olaraq komandaların yarışa hazırlığını izləyiblər.

Pərəstiş etdikləri komandaların yarışa hazırlığı ilə yaxından tanış olan azarkeşlər qarajlarda yaradılmış şəraitlə də maraqlanıblar.

Böyük coşqu ilə keçən pit-yolu gəzintisindən azarkeşlər xoş təəssüratlarla ayrılıblar.

Qeyd edək ki, “Formula-1” Azərbaycan Qran-prisi aprelin 27-29-da Bakıda keçiriləcək.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında