Musiqili Teatr “Formula 1” yarışmasına hazırdır

Məlum olduğu kimi bu gündən   Bakı şəhərində “Formula 1” yarışları  keçirilir.

Azərbaycan Dövlət Musiqili Teatrı da ölkəmizdə 3-cü dəfə keçirilən,  dünyaca məşhur olan bu idman tədbirinə yüksək səviyyədə hazırlaşıb, yarış iştirakçılarının, şəhərimizin çoxsaylı qonaqlarının mədəni istirahətlərinin lazımi səviyyədə təşkil edilməsi ilə bağlı bütün təşkilati məsələlər həll olunub.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev  bizimlə  söhbətində  dedi:

 – Ölkəmizin bu mötəbər idman yarışmasına ev sahibliyi etməsi işimizdə məsuliyyətimizi artırır. Azərbaycan Dövlət Musiqili Teatrı bu gündən  başlayaraq həftənin sonuna qədər xüsusi repertuar  hazırlayıb.  Nümayiş olunacaq səhnə əsərləri – “Mənim günahım” (İ.Əfəndiyev), “Ər və arvad” (Ü.Hacıbəyli),  “Arşın mal alan” (Ü.Hacıbəyli) tamaşaları təqdim olunacaq. Bu əsərlər ingilis dilində tərcümə ilə qonaqlarımıza göstəriləcək.

Ümumiyyətlə, son illər bu teatr beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn qonaqları, turistləri yüksək səviyyədə qəbul edir, onların mədəni istirahətləri üçün lazım olan hər cür şərait yarada bilir. Əcnəbi qonaqların teatrımızla tanışlığı onlarda Azərbaycan mədəniyyəti və incəsənəti haqqında ən yüksək və xoş təəssüratlar oyadır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında