FIA “Formula 2” çempionatında 10 komanda yarışıb

Bu il FIA “Formula 2” çempionatında 10 komanda yarışır. Hər komandada 2 pilot olmaqla, ümumilikdə 20 pilot mübarizə aparır. Bu ilki mövsüm 12 turdan ibarətdir. Hər tur bir Qran-pri həftəsonunu əhatə edir və həmin həftəsonuda 2 yarış baş tutur. Bu il FIA “Formula 2” çempionatında aşağıdakı komandalar iştirak edib:

RUSSIAN TIME (Artem Markelov və Tadasuke Makino)

PERTAMINA PREMA THEODORE RACING  (Sean Gelael və Nyck De Vries),

DAMS (Alexander Albon və Nicholas Latifi)

ART GRAND PRIX (Jack Aitken və George Russell)

MP MOTORSPORTS (Roberto Merhi və Ralph Boschung)

BWT ARDEN  (Maximilian Gunther və Nirei Fukuzumi)

CAMPOS VEXATEC RACING (Luca Ghiotto və Roy Nissany)

TRIDENT (Arjun Maini və Santino Ferrucci)

CARLIN (Sergio Sette Camara və Lando Norris)

CHAROUZ RACING SYSTEM  (Louis Deletras və Antonio Fuoco)

Artıq FIA “Formula 2” çempionatının ilk turu keçirilib. Bu ayın 6-8-ində   keçirilmiş ilk turun 1-ci yarışında “Carlin” komandasının pilotu Lando Norris, 2-ci yarışında isə “Russian Time” komandasının pilotu Artem Markelov qələbə qazanıb. Hazırda xal cədvəlində ilk sırada 39 xalla Lando Norris liderdir. Xal cədvəlində daha sonra  30 xalla Artem Markelov və 28 xalla “Carlin” komandasının pilotu Sergio Setta Camarayer alıb.

Qeyd edək ki, növbəti tur 27-29 aprel tarixlərində Bakıda keçiriləcək.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında