Bakı FIA “Formula 2” Çempionatının 2-ci turuna hazırdır

 FIA “Formula 2” Çempionatının 2-ci turuna Bakı ev sahibliyi edir. Avtoidman həvəskarlarının böyük maraqla gözlədiyi iki yarış ölkəmizdə keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, F2 pilotları Bakı Şəhər Halqasını birinci yarışda 29, ikinci yarışda isə 21 dövrə vurmalıdırlar. Yarış təqviminə əsasən, aprelin 27-i, cümə günü saat 11:00-dan 11:45-dək sərbəst yürüşlər, saat 15:00-dan 15:30-dək sıralanma turu nəzərdə tutulub. Aprelin 28-i, şənbə günü saat 12:00-da birinci yarış və saat 13:20-də xarici və yerli media nümayəndələri üçün mətbuat konfransı olacaq.

Aprelin 29-u, bazar günü saat 13:10-da ikinci yarış və 14:15-də sonuncu mətbuat konfransı nəzərdə tutulub.

Xatırladaq ki, ötən il 23-25 iyun tarixlərində Bakıda baş tutmuş sonuncu “Formula 2”  turunun ilk yarışında “Pertamina Prema Theodore Racing” komandasının pilotu Charles Lecrerc, ikinci yarışında isə “BWT Arden 2” komandasının pilotu Norman Nato qələbə qazanmışdı.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında