Gələcəyə ümidi artıran dörd medal

Azərbaycan bədii gimnastları Milli Gimnastika Arenasında keçirilmiş “AGF Junior Trophy” beynəlxalq turnirində uğurla çıxış edərək ölkəmizə dörd medal qazandırmışlar.

Mükafatlarımızın hesabını Dərya Fərşabafşəhriyari və Arzu Cəlilovadan ibarət heyət komanda hesabında bürünc medalla açmışdır.

Turnirin sonrakı günlərində isə Azərbaycan gimnastları ayrı-ayrı təmrinlərdə fərqlənmişlər: A.Cəlilova lentlə hərəkətlərin yerinə yetirilməsində bütün rəqiblərindən yüksək ustalıq nümayiş etdirərək qızıl medal qazanmış, Nərminə Səmədova topla təmrinlərin icrasında yalnız qalibdən geri qalıb gümüş mükafatçı olmuş, D.Fərşabafşəhriyari isə halqa ilə hərəkətlərdə üçüncü yeri tutmuşdur.

On səkkiz ölkə təmsilçisinin iştirak etdiyi yarışda qazanılmış dörd medal Azərbaycan bədii gimnastlarının gələcək yarışlarda da ümidləri doğruldacaqlarına inamı daha da artırır.

O.BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında