Növbəti heç-heçələr

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr edilmiş 5-ci beynəlxalq superturnirin birinci yarısının qalibi Veselin Topalov olmuşdur.

Bolqarıstanlı keçmiş dünya çempionu beşinci turda qara fiqurlarla David Navaranı (Çexiya) məğlubiyyətə uğradaraq qələbələrinin sayını 2-yə, xal ehtiyatını isə 3,5-ə çatdırıb yarışda istirahət gününü vahid lider mövqeyində qarşılamışdır.

Beşinci tur Maqnus Karlsen (Norveç) üçün də uğurlu olmuşdur. Dünya çempionu dörd heç-heçədən sonra ilk qələbəsini polyak Radoslav Voytaşek üzərində qazanmışdır. Fasiləyə 3 xalla çıxan Karlsen liderin ən yaxın izləyicisidir.

Azərbaycanlı qrossmeysterlər fasiləyədək qələbələrinin hesabını aça bilməmişlər. Hesabat turunda Rauf Məmmədov Sergey Karyakinlə (Rusiya), Teymur Rəcəbov Din Lijenlə (Çin), Şəhriyar Məmmədyarov Aniş Giri (Hollandiya) ilə görüşlərdən yarım xalla ayrılmışlar.

Turnirdə bir günlük istirahətdən sonra dünən keçirilmiş 6-cı turda Rəcəbov Voytaşeklə, Məmmədov Topalovla, Məmmədyarov Lijenlə heç-heçəyə razılaşmışlar.

Turun digər iki görüşündə Karyakin Karlsenlə heç-heçə oynamış, Giri isə Navaraya qalib gəlmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında