“Golden Circle” dünya ulduzlarını və məşhur DJ-ləri yaxından izləmə imkanı verir

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yarış həftəsonu ərzində hər gün axşam saatlarından etibarən  keçiriləcək konsert və partilərdə dünya ulduzları və məşhur DJ-lərə ən yaxın mövqedə yer tutmaq istəyən əyləncəsevərlərə xüsusi imkan təklif edir. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Məlumata görə, arzu edən hər kəs “Golden Circle” adlanan səhnənin tam qarşısındakı hissəyə bilet ala bilər. Bu məkanlardan Bakıya təşrif buyurmuş dünya şöhrətli sənətçilərin möhtəşəm performanslarını ən yaxından izləyə bilmək mümkündür.

BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim yarış həftəsonu ərzində tamaşaçılar üçün hər ötən il daha geniş imkanların təqdim olunduğunu bildirib: “Biz ötən illərdə olduğu kimi bu ildə də “Formula-1”  yarış həftəsonunu  Bakıda festival ab-havasında keçirməyə çalışırıq. Bu baxımdan builki əyləncə proqramını müxtəlif tədbirlərlə rəngarəng etmişik ki, həm şəhər sakinlərinin zövqünə uyğun, həm də onlar üçün əlçatan olsun. “. Onun sözlərinə görə, bu həftəsonu baş tutacaq “Fomula 1”  Azərbaycan Qran-prisində tamaşaçılar F1 pilotları, dünya ulduzları və məşhur DJ-lərə hər zamankından daha yaxın olacaqlar.

Yarışa bileti olan tamaşaçılar “Golden Circle” imkanından yararlana biləcəklər. Bunun üçün bilet sahibləri aldıqları biletə ya gündəlik əlavə 80 AZN, ya da bir dəfəyə üç gün üçün cəmi 200 AZN ödəniş etməlidirlər.

Bütün bilet sahibləri 27-29 aprel tarixlərində axşam saatlarından etibarən keçiriləcək konsert və əyləncə proqramlarında pulsuz iştirak edə biləcəklər. Aprelin 27-i əvvəlcə səhnəyə Jamiroquai qrupu çıxacaq və sonra onun ardınca gecə saatlarında DJ Afrojackın iştirakı ilə əyləncə proqramı baş tutacaq. Aprelin 28-i bir-birinin ardınca səhnədə Kristina Aqilera ilə Axwell Λ Ingrosso, aprelin 29-da isə Dua Lipa ilə Martin Solveig yer alacaq.

Həmçinin DJ-lərin iştirakı ilə baş tutacaq partilərə biletlər gündəlik satılır və bu biletlərin birgünlük qiyməti “Golden Circle” üçün 50 AZN, digər yerlər üçünsə 30 AZN təşkil edir. Əyləncə həvəskarları partilər üçün biletləri www.iticket.az saytına daxil olaraq onlayn şəkildə və ya şəhərin müvafiq kassalarından əldə edə bilərlər.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında