2018 “Formula 1” Azərbaycan Qran-prisinə qolfçular dəstək oldu

"Dreamland" Qolf Klubu beynəlxalq səviyyəli Bakı Şəhər Halqasında baş tutacaq 2018 “Formula 1” Azərbaycan Qran-prisinə dəstək məqsədilə Rəsmi Qolf Turnirinə ev sahibliyi edib.  Turnirdə 20 komandadan ibarət olmaqla, Azərbaycan və qonşu ölkələrdən olan 80 qolfçu öz gücünü sınayıb. Bu barədə Bakı şəhər Halqası Əməliyyat Şirkəti məlumat verib.

Qolfçular "Dreamland" Qolf Klubunun və Bakı Şəhər Halqasının komandasının  qonaqpərvərliyinə şahid olublar. Xoş ab-havada keçmiş səhər yeməyindən sonra komandalar qolf meydançasında 18 dəlik üzrə mübarizəyə başlayıblar. Dörd saat davam etmiş mübarizədən sonra qaliblər bəlli olub.

Turnirin qalibləri Alastar Anderson, Syuzan Dramond, Qrant Uatson və Evan Dramond 67 zərbənin yekununda 59.9 balla ən yüksək pilləyə layiq görülüb. 68 zərbənin yekununda 59.9 bal qazanan Li Henderson, Stivn Çepmen, Qrem Biti və Stiv Beykr isə ikinci yerdə qərarlaşıb. Üçüncü yer mükafatçıları isə Alister Makdaf, Endryu Halston, Nikolas Yanq və Qeri Qal olub.

“Nearest the pin” yarışı üzrə ən yaxşı nəticəni 10-cu dəlikdə Alan Ferguson, 17-ci dəlikdə Xəlil Hüseynov qazanıb. “Longest drive” yarışı üzrə ən yaxşı nəticəyə 9-cu dəlikdə Syuzan Dramond, 16-cı dəlikdə Li Henderson yiyələnib. Ən sürətli zərbə isə Mik Trioloya məxsus olub – 146.1 m/saat. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim artıq üçüncü ildir ki,  bu tədbirə dəstək olduqlarını bildirib. “Bu qədər oyunçunu bir arada görməkdən və "Dreamland" Qolf Klubu heyətinin qonaqpərvərliyindən çox məmnunuq. İştirakçıların turnirlə bağlı fikirləri olduqca müsbətdir. Aprelin 27-29-u məşhur trekimizdə baş tutacaq yarışı səbirsizliklə gözləyirik.”

"Dreamland" Qolf  Klubunun baş direktoru Phil Jones  Bakı Şəhər Halqası Rəsmi Qolf  turnirində göstərdiyi dəstəyə görə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə öz təşəkkürünü bildirib: “Bu həftəsonu Bakıya təşrif buyuracaq qonaqları salamlayır və bütün komandalara gözəl yarış həftəsonu arzulayıram.”

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında