Məşhur pilotların 2018 “Formula 1” yarışı öncəsi təəssüratları

Bakı mötəbər yarış olan  2018 “Formula 1”  Azərbaycan Qran-prisinin astanasındadır.

Bu dəfə də avtoidman həvəskarları dünyaca məşhur pilotların həyəcan dolu yarışlarını izləyəcəklər. Bakıya səfərə hazırlaşan “Formula 1” pilotları bu yarışdan çox şey gözləyir və hər birinin Bakı Treki barədə öz fikirləri var:

Sauber pilotu Markus Erikson yarış barədə danışarkən bildirib ki, Bakı treki sürət sektorlarıyla və mürəkkəb döngələrlə maraqlıdır: "Qala divarlarının ətrafında yol xeyli daralır. Həmin döngələrdə bolidi dəqiq hərəkət etdirmək lazımdır. Bakıdakı mərhələni səbirsizliklə gözləyirəm."

Gənc pilot  Şarl Lekler "Şəhər yolları mənim çox xoşuma gəlir – onlar səhvləri bağışlamırlar. Orada İçərişəhər və Qala divarları əla atmosfer yaradır"—deyə əlavə edib.

Digər pilotlardan fərqli olaraq, Toro Rosso komandasında çıxış edən Brendon Hartli isə  Bakı trekində ilk dəfə çıxış edəcək: "Mən simulyatorda məşq edərkən, qala divarları yaxınlığındakı döngələr mənə Monakonu xatırlatdı. Mən əminəm ki, Bakıdakı yarış mənim çox xoşuma gələcək. Çalışacam ki, cümə günü trası daha yaxşı öyrənim."

Pilot Pyer Qasli Bakıda əvvəlki illərdə GP2-də özünü sınayıb və onun üçün bu trek çox cəlbedicidir: "Bakı treki çox maraqlıdır. Şəhər halqası olduğu üçünsə burada risklər iki dəfə artıqdır. Bundan başqa çox sürətlidir. Bu isə həm həyəcanlı, həm də təhlükəlidir. Ümid edirəm ki, bura mənə uğur gətirər. Yolun orta hissəsində yüksək texnika və sürət nümayiş etdirmək də olar. Xüsusən də uzun düzlükdə."

McLaren komandasının pilotu  Fernando Alonso  ötənilki yarışı dəlisov adlandırıb: “Keçənilki Bakı yarışı bizim üçün unudulmaz idi. Dəlisov yarış olmuşdu və mövsümün ilk xallarını almışdıq. Buna görə də bu həftəsonu da bunu təkrarlamağa çalışacağıq. Bakı trası təqvimə yeni girsə də, əsl sürücülərin trasıdır. Təqvimdəki ən sürətli şəhər tipli trasdır və çətin yarışlardandır. Sürücülər və bolid üçün çox çətin olur.”

 

Əfsanə BAYRAMQIZI,
“ Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında