2018 Formula 1 Azərbaycan Qran-prisinin keçirilməsi üçün yüklər Bakıya gətirilir

2018 Formula 1 Azərbaycan Qran-prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna yüklərin gətirilməsinə başlanılmışdır.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla, 780 tondan çox yük Şanxay, Sinqapur və Bəhreyndən səkkiz reyslə gətirilmişdir. Daha bir reys bu həftə yerinə yetiriləcək.

Yüklərin böyük hissəsi Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti tərəfindən daşınmışdır.

2018 Formula 1 Azərbaycan Qran-prisi başlananadək ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır.

Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.

Azərbaycan Qran-prisi 2018-ci il aprelin 27-dən 29-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında