"Formula 1" Azərbaycan Qran-prisi üçün yüklər Bakıdadır

"2018 Formula” 1" Azərbaycan Qran-prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna yüklərin gətirilməsinə başlanılıb. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazımi avadanlıq da daxil olmaqla, 780 tondan çox yük Şanxay, Sinqapur və Bəhreyndən Bakıya gətirilib. Yüklər səkkiz reyslə daşınıb. Daha bir reys isə bu həftə reallaşacaq.

Yüklərin böyük hissəsi Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti tərəfindən daşınıb. 

"2018 Formula 1"  Azərbaycan Qran-prisinin başlamasına kimi ümumilikdə 800 tondan çox yükün gətirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.

Qeyd edək ki, Bakının ev sahibliyi etdiyi Azərbaycan Qran-prisi bu il  aprelin 27-dən 29-dək keçiriləcək.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında