Yanne Andersson: İbrahimoviç yığmanın mundialla bağlı planlarına daxil deyil

Futbol üzrə İsveç milli komandasının baş məşqçisi Yanne Andersson Zlatan İbrahimoviçin yığmaya qayıtmaq ehtimalını növbəti dəfə istisna edib. Bu barədə “Futbolhd.ru” saytı məlumat yayıb.

Mənbə qeyd edir ki, 56 yaşlı mütəxəssis İbrahimoviç və digər futbolçuların 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatından sonra yığmada oynamaq istəmədiklərini söyləyib. Andersson millidən imtina etmiş futbolçuların Rusiyada təşkil olunacaq dünya çempionatına aparılmayacaqlarını açıqlayıb.

“Onların qərarlarına hörmət edirəm. Amma mən mətbuatda yazılanları və Zlatanın fikirlərini ciddi qarşılamıram. Yalnız onunla öz aramızdakı söhbətə əsaslana bilərəm. Onunla danışdım və nə istədiyini mənə izah etdi. Mən də bununla razılaşdım. İbrahimoviç dünya çempionatı ilə bağlı mənimlə əlaqə saxlamayıb. O, yığmanın mundialla bağlı planlarına daxil deyil. Bu, həmçinin əvvəllər komandadan imtina edən digər futbolçulara da aiddir”,-deyə Andersson bildirib.

Qeyd edək ki, futbol üzrə İsveç milli komandası 2018-ci il dünya çempionatında  Almaniya, Cənubi Koreya və Meksika ilə birgə “F” qrupunda mübarizə aparacaq.

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında