Avropa çempionatında uğurlu start

Azərbaycan boksçuları  İtaliyada keçirilən gənclər  arasında Avropa  birinciliyinin startında rəqiblərindən  üstün  hazırlıq  nümayiş  etdirmişlər.

Yarışın ilk iki günündə rinqə  çıxan Nəbi  İsgəndərov (56 kq) Macarıstan təmsilçisinə, Məhəmməd Yusifov (75 kq)  Litva idmançısına, Nurlan Səfərov (60 kq) Bolqarıstan boksçusuna,  Zaur Musayev (81 kq) polşalı rəqibinə,  İsmayıl Yaqubov (91 kq) isə almaniyalı  rinq  ustasına  qalib gəlib növbəti mərhələyə çıxmışlar.

Azərbaycan  Avropa  çempionatında 11 nəfərlə  təmsil olunur. Bu   turnirdə uğurlu  nəticələr  bir  də  ona görə vacibdir ki, Avropa  çempionatı  payızda  Argentinanın  paytaxtı  Buenos-Ayresdə  keçiriləcək Yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya  xarakteri  daşıyır.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında