Şəmkir–2018: “Dinc” başlanğıc

İ D M A N

Dünən Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr edilən 5-ci beynəlxalq turnirə start verilmişdir.

Birinci turda Azərbaycan şahmatçılarının iştirakı ilə keçirilmiş hər üç oyun: Şəhriyar Məmmədyarov – Maqnus Karlsen (Norveç), Veselin Topalov (Bolqarıstan) – Teymur Rəcəbov, David Navara (Çexiya) – Rauf Məmmədov görüşləri heç-heçə nəticələnmişdir.

Digər iki oyunda da hollandiyalı Aniş Giri rusiyalı Sergey Karyakinlə, polyak Radoslav Voytaşek isə çinli Din Lijenlə “dinc” nəticəyə razılaşmışlar.

Bu gün ikinci turda Rəcəbov – Məmmədov, Karlsen – Navara, Voytaşek – Məmmədyarov, Topalov – Giri və Karyakin – Lijen görüşləri keçiriləcəkdir.

 

Final: “Keşlə”–”Qəbələ”

 

Futbol üzrə Azərbaycan Kuboku yarışlarının finalında fəxri mükafat uğrunda Bakının “Keşlə” komandası və Qəbələnin eyniadlı klubu mübarizə aparacaqlar. Bu, yarımfinal mərhələsinin əvvəldən axıradək gərgin mübarizə şəraitində davam edən cavab görüşlərindən sonra məlum olmuşdur.

Əgər “Sumqayıt”la ilk oyunda 1:0 hesabı ilə qələbə qazanan “Keşlə” futbolçuları rəqib meydanında heç-heçəyə nail olaraq (1:1) iki oyunun ümumi yekununda finala çıxmaq məqsədlərinə çatmışlarsa, “Neftçi” Qəbələdə qazandığı üstünlüyü (2:1) “Bakcell Arena”da cavab matçında qoruyub saxlaya bilməmişdir. “Qəbələ” Bakıda daha böyük fərqlə qalib gələrək (3:1) kuboka aparan yolda çox ciddi addım atmışdır.

“Keşlə” – ”Qəbələ” final görüşü mayın 28-də Qəbələ şəhər stadionunda keçiriləcəkdir.

Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında