Şəhidlərə dərin hörmət və ehtiramla

Bu gün Bakı İdman Sarayında “Judo Club–2012” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən 2016-cı il Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun və digər hərbiçilərimizin xatirəsinə həsr edilmiş beynəlxalq cüdo turnirinə start veriləcəkdir.

Azərbaycan Gənclər və İdman Nazirliyinin, Milli Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən xatirə turnirinin mükafatları uğrunda 21 yaşadək oğlan və qızlardan ibarət komandalar–Bakı şəhəri və bölgələrdən 16 komanda, habelə Türkiyə, Rusiya, Qazaxıstan və Gürcüstan təmsilçiləri mübarizə aparırlar.

Turnirin final görüşləri saat 19-da başlanacaq.

Yarışın keçirilməsindən məqsəd gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini yüksəltmək, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq əlaqələrini möhkəmləndirməkdir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında