Liderlə yanaşı

Birləşmiş Ərəb Əmirliklərinin Sərcah şəhərində keçirilən beynəlxalq şahmat turnirinin finişinə bir tur qalmış azərbaycanlı qrossmeyster Eltac Səfərli 6,5 xalla turnir cədvəlində ikinci mövqedədir, digər təmsilçimiz 6 xal toplamış Arkadi Naydiç isə altıncı yeri tutur.

Səkkizinci turda Səfərli 7 xala malik iranlı lider Parham Maqsudlu ilə heç-heçəyə razılaşmış, Naydiç də öz növbəsində Oliver Dimakilinqə (Filippin) qalib gəlmişdir.

Bu gün keçiriləcək sonuncu, doqquzuncu turda Səfərli çinli Van Hao ilə görüşəcək, Naydiç isə argentinalı Sandro Marekoya qarşı oynayacaq.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında