Dünya çempionatında komandaların sayı artırıla bilər

Dünya çempionatı – 2022-yə ev sahibliyi edəcək Qətər FİFA ilə mundialda iştirak edəcək komandaların sayının artırılması barədə müzakirələr aparacaq.

Komanda sayının artırılması barədə danışıqlar aparmağı məqsədəuyğun hesab edən təşkilat komitəsi 2026-cı il mundialında 48 komandanın iştirak edəcəyini qeyd edib. Lakin Cənubi Amerika ölkələri futbol üzrə dünya çempionatında komandaların sayının artırılması prosesinin sürətləndirilməsini istədiklərinə görə bu məsələ tezləşdirilə bilər. “Hansısa bir qərar qəbul etməzdən əvvəl logistika ilə bağlı müzakirələr aparmaq və turnirin dəyərini artırmaq vacibdir. Danışıqların nəticələrindən asılı olmayaraq, biz 2022-ci ildə uğurlu mundial təşkil edəcəyimizə əminik”.

Məlumat üçün bildirək ki, futbol üzrə dünya çempionatı – 2022 noyabr-dekabr aylarında keçiriləcək.

Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında