Finişin iki addımlığında

Slovakiyanın Visokiye Tatrı şəhərində finişə yaxınlaşmaqda olan qadınlar arasında Avropa çempionatının doqquzuncu turunda Azərbaycan şahmatçılarından Gülnar Məmmədova və Zeynəb Məmmədyarova daha uğurla çıxış edərək müvafiq surətdə türkiyəli Arda Cagıl İrmaka və ukraynalı Olqa Prudnikovaya qalib gəlmişlər.

Digər təmsilçilərimizdən Günay Məmmədzadə, Türkan Məmmədyarova və Xanım Balacayeva rəqibləri ilə heç-heçəyə razılaşmış, Ülviyyə Fətəliyeva isə uduzmuşdur.

Finişə iki tur qalmış hesabında 6 xal olan Məmmədzadə 11-ci yeri tutur və Avropa birinciliyinin ən yaxşı 14 şahmatçısı sırasında dünya çempionatına vəsiqə qazanmaq imkanını özündə saxlayır.

Digər şahmatçılarımızdan Məmmədova və Balacayeva 5,5, Məmmədyarovalar və Fətəliyeva 5 xal toplamışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında