Sumqayıtda “Şahin”lərin yarışı

Gənclik şəhərində “Şahin” hərbi-idman oyununun şəhər birinciliyi başa çatıb.    

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi ilə təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilmiş oyunlara “N” saylı hərbi hissədə yekun vurulub. Tədbirdə Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov, təhsil şöbəsinin metodisti İlham Mirzəliyev çıxış ediblər. Natiqlər bu kimi hərbi-idman oyunlarının mütəmadi olaraq keçirilməsinin yeniyetmələrin sağlam və qüvvətli böyüməsində, onların vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, ordu sıralarına hazırlanmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Qeyd olunub ki, ulu öndər, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsi respublikamızda ordu quruculuğu sahəsində də mühüm tədbirlərin həyata keçirilməsinə, cəbhədə vəziyyətin müsbət istiqamətdə dəyişməsinə təkan vermişdir. Silahlı Qüvvələrə göstərilən diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşmış, peşəkar və vətənpərvər şəxsi heyət formalaşdırılmışdır. Uğurla davam etdirilən dövlət siyəsətinin nəticəsidir ki, bu gün Azərbaycan ordusu Prezident və Ali Baş Komandan İlham Əliyevin əmri ilə bir həmlədə torpaqlarımızı işğaldan azad etmək qüdrətinə malikdir və “Şanlı Aprel Döyüşləri” bunu bir daha sübut etmişdir.

Tədbirdə yarışın qalibləri elan edilib. Səkkiz mərhələsi üzrə gedən gərgin mübarizədən sonra Təbiət Elmləri Təmayüllü Gimnaziyanın komandası şəhər birinciliyinin qalibi adına layiq görülüb. 1 nömrəli tam orta məktəbin komandası II, 17 nömrəli tam orta məktəbin komandası III yerləri tutublar. Qalib komanda “Şahin” hərbi-idman oyunlarının Xaçmaz rayonunda keçiriləcək zona mərhələsində iştirak edəcək.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında