Azərbaycan – Ermənistan – 2:0

Slovakiyanın Visokiye  Tatrı şəhərində davam edən  qadınlar  arasında  şəxsi Avropa  çempionatının səkkizinci  turunda Azərbaycanın altı  şahmatçısından  ikisinin rəqibləri Ermənistan təmsilçiləri olmuşlar.

Hər iki görüşdə  qələbəni bizim qızlar qazanmışlar.  Üstəlik də,  qara  fiqurlarla. Gülnar Məmmədova Mariya Gevorqyana, Zeynəb Məmmədyarova isə Siranuş Qukasyana qalib gəlmişlər.

Azərbaycan şahmatçıları üçün çox  uğurlu olmuş səkkizinci  turda Türkan Məmmədyarova, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva da öz görüşlərini  qələbə ilə başa çatdırmışlar. Təkcə Günay Məmmədzadə  heç-heçə ilə kifayətlənməli olmuşdur.

Elə səkkiz turdan sonra təmsilçilərimiz arasında ən yaxşı nəticəni də (5,5 xal) Məmmədzadə göstərmişdir.

On bir  turdan ibarət  yarışda dünən  doqquzuncu turun görüşləri  keçirilmişdir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında