23-cü turun əsas hadisələri

Gəncədə Ramil Şeydayevin çoxdan gözlənilən qolu ilə “Kəpəz”ə qalib gələn (1:0) “Qarabağ” doğma meydanda “Səbail”in müqavimətini qıra bilməyən (1:1) “Qəbələ” ilə öz arasındakı fərqi, demək olar, əlçatmaz həddə çatdırmış, “Sumqayıt” “Keşlə”ni məğlubiyyətə uğradaraq (2:1) turnir cədvəlinin üçüncü pilləsində mövqeyini möhkəmləndirmiş, son vaxtlar heç cür özünə oxşamayan “Zirə” meydan sahibi rolunda çıxış etdiyi oyunda “Neftçi” qarşısında da aciz qalmışdır–0:3.

Topaz Premyer Liqasının 23-cü turunun başlıca məqamları bunlardır. Finişə beş tur qalmış növbəti çempionluq yolunda mükəmməl addımlarla irəliləməkdə davam edən Ağdam klubunun 56, “Qəbələ”nin 42, “Sumqayıt”ın 39 xalı var. Liderlər üçlüyünün ən yaxın iki rəqibi “Zirə” və “Neftçi” isə müvafiq surətdə 35 və 34 xal toplamışlar.

Növbəti, 24-cü turda (21-22 aprel) “Sumqayıt”–“Qarabağ” görüşü diqqət mərkəzində olacaq. Qarşıdakı turun qalan oyunları isə bunlardır: “Keşlə”–“Zirə”, “Neftçi”–“Qəbələ” və “Səbail”–“Kəpəz”.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında